Azərbaycan Reqbi Federasiyasının cari ildəki fəaliyyəti ilə bağlı mətbuat konfransı

Yeniliklər / Video 23-dek-2011, 22:02 emil 0 1 453

Dekabrın 23-də Azərbaycan Reqbi Federasiyasının (ARF) cari ildəki fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Tədbirdə yeniyetmələrdən və böyüklərdən ibarət milli komandamızın 2011-ci ildəki çıxışı ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Çıxış edən ARF-in inkişaf şöbəsinin rəisi və mətbuat katibi Emil Əliyev ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışmış, cari ildə reqbi sahəsində qazanılan uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, 2011-ci ildə idmançılarımız bir neçə beynəlxalq turnirdə iştirak etmiş və paytaxtımızda bir neçə yarış təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə xarici ölkədən komandalar da iştirak etmişlər. 
Azərbaycan reqbiçilərinin əcnəbi ölkələrin klublarında çıxış etdiyini bildirən E.Əliyev idmançılarımızın fəaliyyətini yüksək qiymətləndirmişdir. Həmçinin qeyd etmişdir ki, millimizin üzvləri Eldar Nəsrullayev, Renat Əliyev və Əli Ələkbərov Moskvanın “Spartak” komandasının şərəfini qoruyurlar. İdmançılarımızın Rusiya liqasında çıxış etməsi oyun təcrübəsinin artması baxımından onların xeyrinə olacaqdır. 
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) sektor müdiri Gündüz Vəliyev Azərbaycan idmançılarının qazandığı uğurlardan danışmış və ölkəmizin mötəbər turnirlərə ev sahibliyi etdiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, 2009-cu ildən BŞGİBİ-nin təşkilatçılığı ilə reqbi üzrə yarışlar keçilir. Cari ildə Bakı şəhər yığma komandası Gürcüstanın Poti şəhərində keçirilən turnirdə uğurla iştirak etmiş və Kuboka sahib olmuşdur. Bu idman növünün gənclər arasında çox populyar olduğunu diqqətə çatdıran G.Vəliyev idmançılarımızın uğurlarının davamlı olacağını ifadə etmişdir.
Milli komandanın baş məşqçisi Vaqif Sadatxan və “Cəlilabad” komandasının çalışdırıcısı Tofiq Mahmudov reqbi idman növünə yalnız paytaxtda deyil, regionlarda da böyük maraq olduğunu diqqətə çatdırmış və idmançılarımızın növbəti ildə də uğurla çıxış edəcəklərinə inandıqlarını bildirmişlər.

AzərTAc



Şəkillər klikliyəndə tam açılır














Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr