Qeyri sağlam maraq

Yeniliklər 21-noy-2012, 13:28 emil 0 245

федерация регби азербайджана

Emil Əlyiev

İnkişaf üzrə menecer və Mətbuat katibi

Reqbi üzrə Avropa Millətlər Kubokunun qrup mərhələsinin matçı zamanı baş vermiş son hadisə bizim bəzi idman KİV-lərin reqbiyə olan marağının səviyyəsini göstərmişdir.

Hər yarışdan əvvəl, mən Federasiyanın mətbuat katibi olaraq yarışın keçirilməsi haqqında məlumat yayıram – yarışın keçirilmə vaxtı və yeri, iştirakçı komandaların heyəti. Maraqlısı odur ki, bizimlə ənənəvi olaraq əməkdaşlıq edən KİV-lər, baş vermiş hadisə/insedent haqda ya susublar və ya əlavə məlumat almaq üçün Federasiyaya zəng vurublar. Və Azərbaycan Reqbi Federasiyasının rəsmi bəyanatını gözləməyi üstün tutublar.

Hə nə isə... Qeyri sağlam maraq. Çox qəribə alınır, biz hətta  bilmirik reqbi ətrafında bütün bu səs-küyə, qalmaqala sevinək ya yox, çünki bu hadisənin bütün mənfiliyinə baxmayaraq, əvvəllər bizi diqqətlərindən məhrum edən bəzi agentliklər, bu dəfə reqbi hadisələrini işıqlandırmaqda “ildırımsurətli” reaksiyaları ilə fərqlənmişdirlər. Düzünü desək, nədənsə, başqa KİV-lərin məlumatlarını köçürməklə və düzüb-qoşmaqla...Amma ölkənin reqbi həyatı onları heç maraqlandırmır.

Misal üçün, bu yaxınlarda Bakıda “Dövlət Bayrağı Günü”-nə həsr olunmuş Beynəlxalq Turnir keçirilmişdir (http://az.rugby.az/index.php?newsid=27). Bu haqqda ölkənin bütün aparıcı KİV-ləri məlumatlandırılmışdır. Turniri işıqlandırmaq üçün tək-tük jurnalist təşrif buyurmuşdur, bəziləri isə, məlumatı Federasiyanın rəsmi saytından götürmüşdülər. Türkiyədəki hadisə/insedent haqqında yazan yerli KİV-lər həmin Turnirin gedişatı haqqında bir söz belə yazmamışdılar. Ancaq onun baş tutacağı haqqında hamı qeyd etmişdir! Buna görə də, turnirin kiçirilməsi barədə məlumatın olmamasını bəhanə gətirmək yersizdir... Eyni zamanda, diqqətinizə çatdırmaq istərdim ki, yerli KİV-lərdən fərqli olaraq, Rusiya və Gürcüstan komandaları indiyədək Turnirin yüksək səviyyədə keçməsini, istər idman, istərsədə mədəniyyət tərəfini qeyd edirlər. Nəticəni özünüz  çıxarın, əziz oxucularımız, Azərbaycan İdmanını sevənlər və Bayrağımızı daima uca görmək istəyənlər. Bizə isə növbəti dəfə Azərbaycan reqbisinə laqeyd münasibəti faktını qeyd etmək qalır, reqbi həyatında baş verən hadisələrin, üz-üzə durduğumuz problemlərlə maraqlanmamaqları, geniş işıqlandırılmaması(elə çıxır ki, davadan başqa heçnə baş vermir).

Yəqin, indiyə qədər o fakt heç kəsə məlum deyil ki, Azərbaycanda reqbi yalnız bir qrup insanın əzmkarlığı sayəsində mövcuddur, hansılar ki, öz işinə görə mənəvi həzdən başqa heç nə almırlar.

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr