Poti qeydləri

Yeniyetmələr 17-iyl-2012, 11:31 emil 0 0

azerbaijan rugby union

Emil Əlyiev

İnkişaf üzrə menecer və Mətbuat katibi

Beləliklə, Gürcüstanın Poti şəhərində yarış və təlim-məşq toplamı sona yetdi. Yeri gəlmişkən, bu bizim Poti şəhərində keçirilən təlim-məşq toplantısı son illər daimi olaraq, Poti Reqbi ittifaqının başçısı cənab Amiran Şavqulidzenin dəvəti ilə, keçirilir.

Qara dəniz yaxınlığında, meşə massivində çox gözəl məşq bazası, idman rasionu... Bir sözlə, reqbi cənnəti.

Poti şəhərinin merinin Kuboku yarışda biz ardıcıl olaraq ikinci dəfəyə dəvət edilmişik. Bizim üçün bu, hər-hansı oyun təcrübəsini almaq üçün, çox gözəl imkandı. Yarışda Gürcüstanın müxtəlif rayonlarının komandaları iştirak edir, və bu özü artıq yarışın səviyyəsini göstərir. Gürcüstan Reqbi İttifaqının nümayəndə heyəti, hörmətli qonaqlar, hansılar ki, sovet və gürcü reqbisinin tarixində öz dərin izini qoydular, turnirin açılışında və bağlantısında iştirak ediblər.

Ayrıca turnirin hakimləri haqda kısaca da olsa, qeyd etməkk istəyirəm. Bu yeniyetmələr, hansılar ki, özləri hələ yeniyetmə liqasına oynayırlar, radio stansiyalarıyla və hakimin gözəl formasıyla təchiz edilmişlər. Mən onlara baxırdım və məndə ikitərəfli hiss yarandı: qonşulara sevinc və bu cür səviyyənin bizdə olmasına ancaq həyallarda görmək mümkündür. Mən gördüm, harada az danışırlar və çox iş görürlər.

Biz öz komandamızdan böyük qalibiyyətlər gözləmirdik. Biz onların real imkanlarını bilirik, və, onlardan daha çox tələb edə bilməzdik. Həftədə bir dəfə məşq, hər hansı idman inventarının olmadan, toplardan başqa, hansıları ki, bizim xarici dostlarımız bizə hədiyyə edirlər. Düzünü desək, biz hamımız ümid edirdilər ki, reqbini olimpiya ailəsinə daxil edəndən sonra, bizdə bu idman növünə inkişafa doğru dəyişəcək. Amma bu ümid ümid olaraq qaldı…

Qayıdaq yarışa… Baxmadan ki, bizim uşaqlarımız sonuna kimi vuruşurdular, gürcü rəqibləri bizi hər oyunda "çıxardırdılar". Keçən səfər olduğu kimi, Azərbaycan komandası "A" püşyün iradəsiylə güclü qrupa düşdü: Kutaisi-1, "Akademiya" (Tiflis) və Ozurqeti. Turnirin nəticəsində "Akademiya" birincini, Kutaisi - 1 ikinci yerləri tudular. Bizim komandamız isə turnirin keçən ilki çempionu - "Tornado"-ya, minimal 15-14 hesabla məqlub oldu.

Yarışın nəticəsinə görə bizim reqbi oyunçumuz – Elmir Quliyev "Ən yaxşı müdafiəçi" mükafatını aldı. Mən Elmiri bizim komandamızın ən yaxşı hücumçusu kimi seçərdim. Məhz o komandaya yarışda birinci xalları gətirdi. Təbii ki, Elmirin naliyyətləri bütöv komandanın sayəsidə oldu.

Yarışdan sonra gündəlik intensiv məşqlər başlandı, hansılar ki, bizə belə çatışmır. Müxtəlif kombinasiyalar yerinə yetirilirdilər və işlənilirdilər, molda, rakda və dəhlizlərdə iş, və həmçinin skram üzərində işləyirdik. Bütün lazımlı avadanlığı Aeti bazası bizə verdi.

Təəssüf ki, bizim üçün belə məhsuldar məşqlər çox çatışmır. Mən əminəm ki, biz belə məşqləri daim keçirilsə, nəticə tamamilə fərqli olardı.

Qalereya rejimində baxmaq üçün şəkilə tıklayın

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Poti qeydləri Poti qeydləri

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr