Reqbi bayramı

Yeniyetmələr 06-may-2012, 16:39 emil 0 0

emil-eli tamir temir aliyev aliev

Aprel ayının 21-də Qaradagda yerləshən "Neftçi" İSM-nın təlim-idman bazasinda Azərbaycanin və TİSA-Titans komandalarının 12 və15 yaş qrupları arasında yoldaşlıq oyunları keçirilib.

İlk qarşılaşmada 15 yaşlılar üz-üzə gəlib.Oyunun ilk dəqiqələri qarşılıqlı hücumlarla keçdi, komandalardan heç biri üstünlüyü əle keçirə bilmirdi. İlk cəhdi (topu rəqib komandasının qapı həddinin arxasəna qoymaq) TİSA-Titans komandasi etdi, Azərbaycan komandası hesabı bərabərləşdirmək üçün bütün var gücü ilə irəli atıldı və bunun nəticəsində TİSA-Titans əks-hücumla hesabı artırdı. İlk hissənin sonlarında hesab arasındakı fərq azaldı.

Ikinci hissə daha da maraqlı başlandi, Azərbaycan komandası üst-üste 2 cəhd edərək hesabda irəli çıxdı. Amma oyunun sonlarına yaxın Titanlar hesabı bərabərləşdirdi. Son 5 dəqiqəni Azərbaycan komandası durmadan hücum etdi və bunun nəticəsi kimi istəyinə nail oldu. Gözəl kombinasiyadan sonra olunan cehd Azərbaycan komandasını ireli şıxartdi. Amma bu da son deyildi, oyunun bitməsinə çox az qala. .Azərbaycan komandası daha bir cehdle qələbə hesabını müəyyən etdi: 25-15!

İkinci oyunda da gənc azərbaycanlı regbiçilər çox gözəl oyun göstərdi. Rəgibdən qat-qat üstün olduqlaıinı görən turnirin təşkilatçıları, komandaları qarışdırmağını təklif etdilər. Əslində bu çox gözəl bir addım idi. Belə oyunlar uşaqları bir-birinə daha yaxın etmeklə yanaşi həm də böyük oyun təcrübəsidi.

Onu da qeyd etməliyik ki, bu Azərbaycan komandasının yeni baş məşqçisi Şon Nolanin ilk yoldaşlıq görüşü idi.

Azərbaycan Regbi Federasiyası "Neftçi" İSM-nin Qaradaq rayonun İdman Sağlamlıq Mərkəzinin direktoru Elşad Ağayevə stadion, tibbi yardim və hər cür yardıma görə öz dərin minnətdarlığını bildirir.

Ayrıca cənab Dunkan Bartona.. uşaqlar ücün təşkil elədiyi bu bayrama görə təşəkkür edirik!

Emil Əliyev (Tərcümə edən - Orxan Əliyev)

Şəkillərə galereya rejimində baxmaq üçün şəkilə tıklayın

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Reqbi bayramı Reqbi bayramı

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr