Şəmkirdə reqbi-7 üzrə yeniyetmələr arasında respublika birinciliyinin açılış mərasimi baş tutub.

Yeniliklər 17-iyl-2021, 21:15 emil 0 68
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Reqbi Federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, 12-17 iyul 2021-ci il tarixdə Şəmkir Olimpiya İdman kompleksində reqbi-7 üzrə yeniyetmələr arasında respublika birinciliyinin açılış mərasimi baş tutub.
Açılış mərasimində rəsmi qonaqlar, Şəmkir rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Fəxrəddin Vəliyev, Milli Məclisin Deputatı Müşfiq Cəfərov, Azərbaycan Reqbi federasiyasının prezidenti Elşən Abbasov,  Reqbi federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Reqbi federasiyasının idarə heyətinin üzvü Həmid Nəsirov, Gənclər və İdman Nazirliyinin əməkdaşı, Reqbi federasiyasının baş katibi Əlniyaz Mirzəyev və Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov iştirak etmiş və bütün komandalara uğurlar arzulayıblar.

Yarışda ümumilikdə 9 komanda Bakı, Gəncə, Sumqayıt, Şəki, Naftalan, Şəmkir, Gədəbəy, Qəbələ və yeni yaranan Mingəçevir komandaları iştirak edib.

Qeyd edək ki, Reqbi-7 üzrə yeniyetmələr arasında yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə və həkim nəzarəti altında keçirilir. İdmançılara Hell şirkətinin yeni istehsalı olan coffesi paylanmışdır.




















Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr