Reqbi idman növünə həsr olunan onlayn seminar iştirakçıları mükafatlandırılıb

Yeniliklər 07-may-2021, 22:07 emil 0 343
Azərbaycan Reqbi Federasiyasının təşkil etdiyi  "Reqbi idman növü kimi həyatımızda necə rol oynayır?" mövzusunda keçirilən onlayn seminar iştirakçılarına sertifikatlar təqdim olunub. Xarici və yerli idmançıların iştirakı ilə baş tutan seminarda Olimpiya oyunu olan reqbi idman növünün Azərbaycanda da sevildiyi bildirilib. Qonaqlarla ölkəmizdə bu idman növünün inkişafı istiqamətində geniş müzakirələr aparılıb.

Daha sonra Azərbaycan Reqbi Federasiyanın 1-ci Vitse-prezidenti Elvar Osmanov və Federasiyanın Baş katibi Əliniyaz Mirzəyev tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, tədbir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilib.








Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr