28 Fevralda Azərbaycan Reqbi Federasiyasının təşəbbüsü ilə SK-Arena stadionunda Qarabağ və Sumqayıt komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Hər iki komanda əzimkar oyun nümayiş etdirirək mübarizə aparmışdır,nəticədə Qarabağ Reqbi Klubunun üzvləri 15:0 hesabı ilə irəlidə bitirmişdir.Qeyd edək ki, reqbi idman növündə bir məhsuldar cəhd 5 xal ilə qiymətləndirilir və Qarabağ komandası 3 məhsuldar top zərbəsi ilə qələbə qazanmışdır.
Yarışda Azərbaycan Reqbi Federasiyasının rəhbərliyi də iştirak etmişdir.
Komandalara gələcək oyunlarda uğurlar arzu edirik.