"ComfortHome" şirkəti "Qarabağ" Reqbi Klubunun baş sponsoru oldu!

Yeniliklər 17-fev-2021, 19:18 emil 0 86

Tərəflərin bu gün imzaladığı razılaşmaya əsasən "ComfortHome" 2021-ci ildə Qarabağ Reqbi Klubunun baş sponsoru olacaq.

Şirkətin rəhbəri Vüqar Abdullayev bununla bağlı fikirləri ilə bölüşdü:
- Qarabağ RK bir neçə ildir ki ölkəmizdə uşaq idmanının inkişafı üçün qeyri-kommersiya layihəsi olaraq fəaliyyət göstərir. Uşaq, yeniyetmə və gənclərin məşqlərə ödənişsiz qaydada cəlb olunması bizim diqqətimizi cəlb etdi. Bununla klub bütün təbəqələrdən olan uşaqlar üçün idmanı əlçatan edir. Gələcək nəslin sağlam və güclü böyüməsi istiqamətində reallaşdırılan bu cür layihələrin vacib olduğunu nəzərə alaraq öz tərəfimizdən kluba dəstək vermək qərarına gəldik. Qarabağın reqbi yarışlarında parlaq qələbələr qazanacağına inanırıq.

Qarabağ RK prezidenti Eldar Kərimov:
- Klubumuz üçün bu gün çox sevincli bir gündür. "ComfortHome" şirkətinin bizim qısa və uzun müddətli planlarımıza inanması və fəaliyyətimizə dəstək verməsi bizim üçün çox qürurvericidir və üzərimizdə olan məsuliyyəti anlayırıq. Öz növbəmizdə çalışacayıq ki bu etimadı doğruldaq, yeniyetmələrimizi və gənclərimizi daxili və beynəlxalq reqbi yarışlarına yüksək səviyyədə hazırlayaq və ən yüksək nailiyyətləri əldə edib həmyerlilərimizi və azarkeşlərimizi sevindirək! "ComfortHome" şirkətinə dərin təşəkkürümüzü bildiririk!

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr