Gəncə Reqbi Klubunun məşqlərinin bərpası üçün yeni İdman bazasına baxış keçirildi

Yeniliklər 14-fev-2021, 19:20 emil 0 118
Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Reqbi Federasiyasının idarə heyətinin üzvü Həmid Nəsirov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev ilə birlikdə Covid 19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın yumşalma tədbirləri ilə əlaqədar açıq havada keçirilməsi nəzərdə tutulmuşdur. Məşqlərin və yarışların bərpasını nəzərə alaraq Gəncə Reqbi Klubunun daha müasir idman  bazasında təlim-məşqlərini davam etdirməsi üçün Gəncə İdman Liseyinə gələrək  həyətyanı sahədə yeni inşa edilmiş İdman meydançasına baxış keçirilmişdir. Bundan başqa həmin İdman Liseyinin rəhbərliyi tamamilə yenidən tikilmiş qapalı İdman zalı ilə tanış etmiş və gələcəkdə şəhər və zona yarışlarının müasir və standartlara cavab verən İdman qurğularında keçirilməsini plana uyğun olaraq diqqətdə saxlanılması müzakirə edilmişdir.

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr