Azərbaycan Reqbi Federasiyasının Prezidenti Elşən Abbasov Reqbi idman növünün inkişafına görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Sportsman” jurnalının birgə mükafatı olan “Zəfər” Beynəlxalq İdman Mükafatına layiq görülmüşdür. Bundan dolayı Gənclər və İdman naziri cənab Azad Rəhimova və “Sportsman” jurnalının baş redaktoru Rəşad Qəmərşahoğluna dərin minnətdarlığımızı bildiririk!