Hörmətli soydaşlarımız!

Hörmətli soydaşlarımız!
Azərbaycanın Reqbi Federasiyası Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə 50 milyonluq soydaşımızı ürəkdən təbrik edir. Sizə xoşbəxtlik, müvəffəqiyyətlər və sağlamlığ arzu edirik! Yeni, 2012-ci il daha uğurlu olsun, bütün arzularınız həyata keçsin!
Daha ətraflı

Azərbaycan Reqbi Federasiyasının cari ildəki fəaliyyəti ilə bağlı mətbuat konfransı

Dekabrın 23-də Azərbaycan Reqbi Federasiyasının (ARF) cari ildəki fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Tədbirdə yeniyetmələrdən və böyüklərdən ibarət milli komandamızın 2011-ci ildəki çıxışı ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Çıxış edən ARF-in inkişaf şöbəsinin rəisi və mətbuat katibi Emil Əliyev ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışmış, cari ildə reqbi sahəsində qazanılan uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, 2011-ci ildə idmançılarımız bir neçə beynəlxalq turnirdə iştirak etmiş və paytaxtımızda bir neçə yarış təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə xarici ölkədən komandalar da iştirak etmişlər. (
AzərTAc)

Daha ətraflı
1 2 3 4 5 6 7

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr