» » Səhifə 2


  • BÖLÜM:
    Reqbi-5
  • 26
    noyabr 2014
    20:10
  • BAXILIB: 0
  • ŞƏRHLƏR:
    0
Enermech şirkəti "Enermech Rugby-5" layihəsinin baş sponsoru oldu

26.11.2014 tarixində Azərbaycan Reqbi Federasiyası Enermech şirkəti ilə "Enermech Rugby-5" layihəsi üzrə baş sponsorluq razılaşması bağlamışdır. Əvvəl məlumat verdiyimiz kimi bu layihə reqbinin Azərbaycanda yeni olimpiya idman növü kimi populyarlaşdırılmasına, həmçinin uşaq reqbisinin inkişafına, məktəblərdə komandaların yaradılmasına və məktəblilər arasında yarışlarən təşkil olunmasına və Azərbaycan milli komandasının müxtəlif yaş qrupları üçün gənc istedadların aşkar olunmasına istiqamətlənmiş bir layihədir. Qeyd edək ki Şotlandiyanın Enermech şirkəti Azərbaycanda və bir çox müxtəlif ölkələrdə enerji sahəsində xidmət göstərən bir şirkətdir.



  • BÖLÜM:
    Reqbi-5
  • 26
    noyabr 2014
    19:39
  • BAXILIB: 0
  • ŞƏRHLƏR:
    0
"Enermech Rugby-5" layihəsi üzrə məlumat dəstəyi razılaşması

26.11.2014 tarixində Azərbaycan Reqbi Federasiyası www.day.az və www.dailysport.az internet portalları ilə "Enermech Rugby-5" layihəsi çərçivəsində məlumat dəstəyi üzrə razılaşma bağlayıb. Həmin saytlarda Azərbaycan reqbisi barədə həmçinin reqbinin yeni olimpiya idman növü kimi Azərbaycanda populyarlaşdırılması və məktəblərdə uşaq komandalarının yaradılması və Milli yığma komandası üçün gənc istedadların aşkarlanmasına istiqamətləndirilmiş yeni layihəsi barədə ən son məlumatları əldə etmək olar.



  • BÖLÜM:
    Reqbi-5
  • 21
    noyabr 2014
    22:35
  • BAXILIB: 0
  • ŞƏRHLƏR:
    0
134-132 nömrəli təhsil kompleksində "Reqbi-5" layihəsinin prezentasiyası

rugby-521 Noyabr Bakının 134-132 nömrəli təhsil kompleksinin akt zalında 8-ci sinif uşaqları üçün "Reqbi-5" layihəsinin prezentasiyası keçirilib. Tədbirdə 90-dan çox məktəbli, həmçinin müəllimlər və məktəbin digər əməkdaşları iştirak ediblər. Uşaqlara reqbinin yaranma tarixi, Azərbaycan komandalarının iştirak etdiyi yarışlar, əldə etdiyi nəticələr, həmçinin bu yeni olimpiya idman növünün ölkəmizdə inkişaf planları haqqında geniş məlumat verilib.