Get into Rugby
"Reqbi ilə məşğul ol" - GET INTO RUGBY layihəsi World Rugby beynəlxalq proqramıdır və oyunu dünyanın hər yerində hər kəs üçün əlçatan etmək məqsədi daşıyır. Azərbaycanda bu layihəni ARF bu ildən işə salır.
Layihənin əsas məqsədi hər yaşda olan insanlara reqbini sınamaq, reqbi oynamaq və reqbidə qalmaq şansı verməkdir.
Proqram üç mərhələdən ibarətdir TRY! PLAY! STAY! (Cəhd et! Oyna! Qal!).
Proqramın ilk mərhələsi - cəhd et! (TRY!) - hamı taq reqbi oynayır. Bu əyləncəli və cəlbedici reqbi növündə rəqiblə fiziki təmas tamamilə yoxdur. Oyunçuların bellərinə bağlanan xüsusi kəmərlərlə təchiz olunur, yırtılması rəqibin topla irəliləməsini dayandırmağın yeganə yoludur. Bu oyun idmanımızın əsas dəyərlərini öyrənməyə və idmanın əsas prinsipini — təhlükəsizliyi müşahidə edərək reqbinin mahiyyətini anlamağa imkan verir.
Oğlanlar və qızlar, uşaqlar və böyüklər birlikdə taq-reqbi oynaya bilərlər!
Layihənin ikinci mərhələsində – Oyna! (PLAY) - iştirakçılar sadələşdirilmiş qaydalara (mini-reqbi) uyğun olaraq tədricən reqbinin kontakt versiyasına keçirlər.
Layihənin üçüncü mərhələsində reqbi ilə məşğul ol – Qal! (STAY!) – hər kəs artıq reqbinin istənilən növlərini başa düşür və sərbəst oynayır.