AZƏRBAYCAN ÇEMPİONATI - BÖYÜKLƏR
Keçirilmə tarixi: hər il payız - yaz sistemi üzrə
Reqbi 15 və reqbi 7 üzrə kişilər və yeniyetmələr arasında Azərbaycan çempionatı ildə bir dəfə olmaqla Azərbaycan Reqbi Federasiyası və AR Gənclər və İdman nazirliyi ilə birgə keçirilir. Çempionatın keçirilməsi məqsədi reqbi idman növünün Azərbaycanda populyarlaşdırılması, inkişaf etdirilməsi, klubların və reqbiçilərin sayının artırılması və kişilərdən və yeniyetmələrdən ibarət Azərbaycan milli yığma komandaları üçün oyunçu bazasının zənginləşdirilməsidir.