10 iyun tarixində Gürcüstanın Svaneti vilayətinin Lentexi şəhərində Gürcüstan, Qazağıstan və Azərbaycan reqbi federasiyalarının üçtərəfli inkişaf memorandumunun imzalanması nəzərdə tutulub. Federasiyamızı tədbirdə ARF inkişaf üzrə vitse-prezidenti Eldar Kərimov təmsil edəcək. Qazağıstanı tədbirdə Qazağıstan Reqbi Federasiyasının prezidenti vəzifəsini icra edən Aygül Cartıbayeva təmsil edəcək. Memorandum adı çəkilən ölkələrin reqbi federasiyaları arasında əlaqələrinin möhkəmləndirilməsini, uşaq reqbisinin inkişafını, milli yığma komandalar arasında təcrübə mübadiləsini, birgə təlim-məşq toplanışlarının, yarış və test-görüşlərin keçirilməsini nəzərdə tutur.